...

Azərbaycan və Oman Birbaşa İnvestisiya Fondu yaradıb

İqtisadiyyat Materials 8 Oktyabr 2025 13:39 (UTC +04:00)
Azərbaycan və Oman Birbaşa İnvestisiya Fondu yaradıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında dəyəri 200 milyon ABŞ dolları həcmində müəyyən edilən Azərbaycan -Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Nazir qeyd edib ki, bu, Oman Sultanlığına işgüzar səfəri baş tutub.

"Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunanenerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək."

Xəbər lenti

Xəbər lenti