...

"Microsoft” milyonlarla “Windows” istifadəçisini təhlükə ilə bağlı xəbərdar edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 14:14 (UTC +04:00)
"Microsoft” milyonlarla “Windows” istifadəçisini təhlükə ilə bağlı xəbərdar edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əgər kompüterlərin əməliyyat sistemləri gələn həftəyə qədər yenilənməsə, yüz milyonlarla istifadəçi kiberhücum riski ilə üzləşə bilər.

Trend xəbər verir ki, bu barədə “Microsoft” korporasiyası hələ də “Windows 10” əməliyyat sistemindən istifadə edən istifadəçilərə müraciət edib.

Məlumata görə, 10 illik tarixi olan əməliyyat sisteminin texniki dəstək xidməti və təhlükəsizliklə bağlı yeniləmələri oktyabrın 14-dən etibarən dayandırılır.

“Microsoft” rəsmiləri istifadəçiləri əməliyyat sistemlərini dedlayn başa çatana qədər “Windows 11”ə yeniləməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti