Bakı. Trend:
Səfərin məhz bu il, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edən bir vaxtda baş tutmasını xüsusilə vurğulamaq lazımdır.
Trend xəbər verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Mən inanıram ki, biz geridə qalan üç onillik ərzində əldə etdiyimiz nailiyyətlərlə olduqca qürur duya bilərik”, - deyə o bildirib.
Parlament sədri vurğulayıb ki, bu gün Xorvatiya və Azərbaycan intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib olan strateji tərəfdaş və dostdur.
“Xorvatiya Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolu tanıyır və alqışlayır”, - deyə Q.Yandrokoviç qeyd edib.