...

"Real"ın müdafiəçisi İspaniya millisindən kənarlaşdırıldı

İdman Materials 8 Oktyabr 2025 15:28 (UTC +04:00)
"Real"ın müdafiəçisi İspaniya millisindən kənarlaşdırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Trend xəbər verir ki, "Real"ın müdafiəçisi Din Hyöysen yığmanın düşərgəsini tərk edib. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Səbəb 20 yaşlı mərkəz müdafiəçisinin zədəli olmasıdır. Onun əvəzinə "Atletik"də çıxış edən Aymerik Laport düşərgəyə dəvət edilib.

Qeyd edək ki, İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 14-də isə Bolqarıstanıı qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti