...

Almaniya polislərinə dronları məhv etmək səlahiyyəti veriləcək

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 15:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Avropadakı hava limanlarında fasilələrə səbəb olan dronlara qarşı polisə atəş açmaq səlahiyyəti verəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun hökumət tərəfindən qəbul edilib, indi isə parlamentin təsdiqini gözləyir.

Dronları zərərsizləşdirmək üçün lazerlərdən və ya idarəetmə və naviqasiya siqnallarını pozan vasitələrdən istifadə ediləcək.

Yeni qanun, ötən həftə Almaniyanın ikinci ən böyük hava limanı olan Münhen Hava Limanında dronların müşahidə edilməsindən sonra onlarla uçuşun ləğvolunması və 10 mindən çox sərnişinin hava limanında qalmasından sonra qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti