Bakı. Trend:
Xorvatiya və Azərbaycanın davamlı olaraq artan ümumi ticarət mübadiləsindən razı qalmağa əsasları var.
Trend xəbər verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Spiker vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq xüsusilə mühüm yer tutur:
“ARDNŞ Xorvatiyanın xam neft təchizatında çox mühüm rol oynayır”, - deyə o qeyd edib.