...

Xorvatiya normallaşma istiqamətində əldə edilən irəliləyişi qətiyyətlə dəstəkləyir

Siyasət Materials 8 Oktyabr 2025 13:26 (UTC +04:00)
Xorvatiya normallaşma istiqamətində əldə edilən irəliləyişi qətiyyətlə dəstəkləyir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Görüşdə Sahibə Qafarova ilə ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətləri, həm Azərbaycan, həm də Xorvatiyanın qonşuluğundakı vəziyyət, habelə cari geosiyasi çağırışlar və təhlükəsizlik böhranları barədə səmimi və sağlam fikir mübadiləmiz baş tutdu.

Trend xəbər verir ki, bunu Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının hazırki durumunu da müzakirə etdik”, - deyə o bildirib.

Parlament sədri vurğulayıb ki, Xorvatiya münasibətlərin normallaşması istiqamətində indiyədək əldə edilmiş irəliləyişi qətiyyətlə dəstəkləyir.

“Mən bu gün səhər Prezident İlham Əliyevlə də bu mövzu, eləcə də siyasi və iqtisadi əməkdaşlığımızın ümumi potensialı haqqında danışmaq fürsətinə malik olmaqdan məmnun oldum.

Onu da xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev bu günədək üç dəfə Xorvatiyaya rəsmi səfər edib.

Bu gün Baş nazir Əli Əsədovla görüş əsnasında da ikitərəfli iqtisadi və təsisati əməkdaşlığımızdakı nailiyyətləri və potensialı daha ətraflı müzakirə edəcəyəm”, - deyə Q.Yandrokoviç qeyd edib.

Xəbər lenti

Xəbər lenti