...

I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib

Cəmiyyət Materials 8 Oktyabr 2025 13:07 (UTC +04:00)
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.

Bu barədə Trend-ə MÜDTA-dan məlumat verilib.

I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 8 oktyabr 2025-ci il saat 15:00-dan 15 oktyabr 2025-ci il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.

Qeyd edilən tarixə qədər övladları üçün mektebeqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.

Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti