...

Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə müraciət edib

Cəmiyyət Materials 8 Oktyabr 2025 15:49 (UTC +04:00)
Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə müraciət edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Polis piyadaların hərəkətinə çətinlik yaradan sürücülərə müraciət edib.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Vurğulanıb ki, polis əməkdaşları paytaxtın Nərimanov və Sabunçu rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta pozuntusudur. Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxması və beləliklə də onların həyatlarının təhlükə altında qalması ilə nəticələnir.

"Bir daha sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar.

Paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti