...

Bir sıra inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib

Siyasət Materials 8 Oktyabr 2025 16:58 (UTC +04:00)
Bir sıra inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar fərmanında qeyd olunub.

Fərmanda qeyd edilib:

Məcəllənin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

22-2.1. elektrik közərmə lampalarının idxalına münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

2-2.1. elektrik közərmə lampalarının idxalına münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

22-2.2. elektrik közərmə lampalarının istehsalına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi adından – energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş;

22-2.3. elektrik közərmə lampalarının satışına münasibətdə:

22-2.3.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi adından – bu Siyahının 22-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

22-2.3.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.”.

2. Bu Fərman 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti