Bakı. Trend:
Azərbaycan ərazisində oktyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman, az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +17 dərəcədən +19 dərəcəyədək, gündüz +21 dərəcədən +26 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə +15 dərəcədən +19 dərəcəyədək, gündüz +23 dərəcədən +28 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +15 dərəcədən +20 dərəcəyədək olacağı proqnozlaşdırılır.