...

Oman-Azərbaycan İşgüzar Dəyirmi Masası keçirilib

İqtisadiyyat Materials 8 Oktyabr 2025 17:24 (UTC +04:00)
Oman-Azərbaycan İşgüzar Dəyirmi Masası keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Oman-Azərbaycan İşgüzar Dəyirmi Masası keçirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Oman Sultanlığına işgüzar səfərimiz zamanı bu ölkənin ticarət, sənaye və investisiyaların təşviqi naziri cənab Qais bin Məhəmməd Al Yousef və həmkarlarla birlikdə iştirak etdiyimiz Oman - Azərbaycan İşgüzar Dəyirmi Masasında iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması barədə fikirlərimizi bölüşdük.

Birgə fəaliyyətin prioritetlərindən biri biznes əlaqələrini ortaq maraqlara xidmət edən, iqtisadiyyatlarımızı şaxələndirən və regional tərəfdaşlığı möhkəmləndirən perspektivli layihələrlə gücləndirməkdir. Bu baxımdan, yüksək inkişaf və sərmayə potensialı olan platformalarda birgə təmsilçiliyin, Azərbaycan-Oman İnvestisiyalar üzrə İşçi Qrupun yaradılmasının, "yaşıl enerji" keçidini sürətləndirən həllərin, "KOB Evləri" modeli üzrə təcrübə mübadiləsinin təşkilinin və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğuladıq", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti