Bakı.Trend:
Yevlax rayonunda bədbəxt hadisə ölüm ilə nəticələnib.
Trend-in məlumatına görə, hadisə iyunun 8-də saat 18:00 radələrində baş verib.
Belə ki, 1935-ci il təvəllüdlü, Yevlax rayonunun Xaldan kəndində qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayan Zümrüd Sabit qızı Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandırarkən üzərindəki geyimlər alışıb.
Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan Zümrüd Əhmədova Yevlax Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
