...

RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2025 17:12 (UTC +04:00)
RİNN-də “Caspian Policy Center”in nümayəndələri ilə görüş keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ-nin nüfuzlu elmi-tədqiqat mərkəzi – “Caspian Policy Center”in İdarə Heyətinin sədri Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, görüşdə Xəzər regionunda nəqliyyat, enerji, rəqəmsallaşma, iqtisadi əməkdaşlıq və davamlı inkişaf məsələləri barədə fikir mübadiləsi aparılıb.

Rəhman Hümmətov Orta Dəhlizin genişləndirilməsi istiqamətində həyata keçirilən infrastruktur və institusional islahatlar barədə ətraflı məlumat təqdim edib. Nazir müavini qeyd edib ki, Azərbaycan regionda multimodal logistika mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi, liman, dəmir yolu və hava limanlarının modernləşdirilməsi, Zəngəzur dəhlizinin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Rəhman Hümmətov, həmçinin “Caspian Policy Center”in Xəzər regionunda dayanıqlı inkişaf, enerji təhlükəsizliyi və regional sabitliyin təşviqi sahəsində apardığı tədqiqat və təşəbbüsləri yüksək qiymətləndirib.

Görüş zamanı gələcəkdə birgə layihələr və analitik platformalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti