...

Suriyaya qarşı bütün sanksiyalar ləğv olunmalıdır - Hakan Fidan

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 19:35 (UTC +04:00)
Suriyaya qarşı bütün sanksiyalar ləğv olunmalıdır - Hakan Fidan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyəti Suriyaya qarşı tətbiq olunan sanksiyaları aradan qaldırmağa çağırıb və Dəməşq rəhbərliyinin beynəlxalq öhdəliklərini yerinə yetirdiyini bildirib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

"Necə ki, Suriya beynəlxalq ictimaiyyətin ondan tələb etdiyi öhdəlikləri yerinə yetirir, beynəlxalq ictimaiyyət də Suriyaya qarşı öz öhdəliklərini yerinə yetirməlidir. Suriya və onun nümayəndələrinə qarşı bütün sanksiyalar ləğv olunmalıdır," – deyə Fidan vurğulayıb.

Nazir, bölgə ölkələrinin yeni Suriya rəhbərliyinə verdiyi tövsiyələrin nəticə verdiyini və Şara hökumətinin atdığı müsbət addımlardan məmnun olduqlarını qeyd edib.

Hakan Fidan Suriya ərazisində təhlükə yaradan hər hansı bir qrupun Türkiyə üçün də təhdid təşkil etdiyini xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti