...

İngiltərədə sinaqoqa hücum edən şəxs İŞİD üzvü olub

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 19:50 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin şimalında yerləşən sinaqoqa edilən hücum nəticəsində üç nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatları açıqlanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu hadisə zamanı polisə zəng edərək İŞİD adından hərəkət etdiyini söyləyib.

Polisin məlumatına görə, 35 yaşlı Britaniya vətəndaşı, suriyalı əsilli Cihad Əl-Şami keçən həftə Mançesterin Krumpsall rayonundakı "Heaton Park Hebrew Congregation" sinaqoqu yaxınlığında avtomobilini piyadaların üzərinə sürüb, daha sonra bıçaqla insanlara hücum edib.

Silahlı polis əməkdaşları hadisə yerində Əl-Şamini atəş açaraq zərərsizləşdiriblər.

Böyük Britaniyanın Terrorçuluqla Mübarizə Polis Xidmətinin rəhbəri Lourens Teylor isə ötən həftə açıqlamasında deyib ki, ilkin araşdırmalara görə, Əl-Şami radikal dini ideologiyanın təsiri altında ola bilər. Lakin hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün zamana ehtiyac var.

Xəbər lenti

Xəbər lenti