...

Azərbaycan U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib

İdman Materials 8 Oktyabr 2025 21:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verib.

Trend-in məlumatına görə, Aqil Nəbiyevin başçılıq etdiyi yığma Fransa yığması ilə qarşılaşıb.

Kapbreton şəhərindəki “Burre” stadionunda baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib – 8:0.

Azərbaycan millisinin futbolçusu Səttar Tahirzadə 66-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

U-17 yığmamız növbəti oyunlarını oktyabrın 11-də İsrailə, 14-də isə Rumıniyaya qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti