...

ABŞ Senatında şatdaunu dayandırmaq cəhdləri nəticəsiz qalıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 22:31 (UTC +04:00)
ABŞ Senatında şatdaunu dayandırmaq cəhdləri nəticəsiz qalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Senatında hökumətin fəaliyyətinin dayandırılmasına (şatdaun) son qoymaq məqsədilə keçirilən səsvermələr uğursuzluqla nəticələnib.

Trend xəbər verir ki, həm Demokratlar, həm də Respublikaçılar partiyalarının təqdim etdiyi maliyyələşmə layihələri lazımi səs sayını toplaya bilməyib.

İlk olaraq Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-dək təmin edən layihəsi səsə qoyulub – 47 senator lehinə, 52-si isə əleyhinə səs verib. Ardınca Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-dək uzatmağı nəzərdə tutan layihəsi üzrə səsvermə keçirilib, lakin 54 lehinə, 47 əleyhinə səslə 60 səs baryerini aşa bilməyib.

Qeyd edək ki, ABŞ-da hökumətin maliyyələşməsinin dayandırılması – şatdaun – oktyabrın 1-dən qüvvədədir.

Xəbər lenti

Xəbər lenti