Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Toplantısından görüntülər paylaşılıb.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq."