...

ABŞ HƏMAS-ın istifadə etdiyi Çin dronlarına qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 20:34 (UTC +04:00)
ABŞ HƏMAS-ın istifadə etdiyi Çin dronlarına qarşı sanksiya tətbiq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ticarət Nazirliyi HƏMAS və husilərin istifadə etdiyi pilotsuz uçuş aparatlarına (PUA) elektron komponentlər tədarük etdiyinə görə 15 Çin şirkətini “qara siyahı”ya daxil edib.

Trend-in xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu detalların bir hissəsi 2023-cü il 7 oktyabrda İsrailə edilən hücum zamanı istifadə olunan dronlarda aşkar edilib. Həmin hücum nəticəsində təxminən 1 200 nəfər həlak olmuşdu.

Ümumilikdə “qara siyahı” 29 təşkilata qədər genişləndirilib, siyahıya Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər də daxildir.

Bu şirkətlərə ABŞ texnologiyalarının ixracı xüsusi lisenziya olmadan qadağan edilir.

Xəbər lenti

Xəbər lenti