...

Tofiq Musayev insan hüquqlarının müdafiəsi və münaqişədən sonrakı reabilitasiya tədbirlərindən danışıb (FOTO)

Siyasət Materials 9 Oktyabr 2025 01:01 (UTC +04:00)
Tofiq Musayev insan hüquqlarının müdafiəsi və münaqişədən sonrakı reabilitasiya tədbirlərindən danışıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev BMT Baş Assambleyasının Üçüncü Komitəsinin ümumi müzakirələrində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli səviyyədə görülən tədbirlər və BMT mexanizmləri ilə əməkdaşlıq barədə bəyanatla çıxış edib.

Trend xəbər verir ki, Musayev komitə nümayəndələrinə Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonra bərpa və yenidənqurma işlərinin təmin edilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Çıxış zamanı keçmiş münaqişənin humanitar nəticələrinə, o cümlədən itkin düşmüş şəxslərin probleminə və Azərbaycan ərazilərinin irimiqyaslı minalarla çirklənməsinə xüsusi diqqət yetirilib.

Xəbər lenti

Xəbər lenti