Bakı. Trend:
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş füçerslərinin qiyməti 2011-ci il aprelin 29-dan bəri ilk dəfə 1 Trua unsiyası üçün 49 dolları ötüb.
Trend-in məlumatına görə, Bakı vaxtı ilə saat 19:05-də gümüşün qiyməti 2.91% artaraq 49.04 dollar təşkil edib.
Bir neçə dəqiqə sonra, saat 19:10-da isə qiymət bir qədər enərək 48.85 dollara düşüb.