Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında sülh planının birinci mərhələsinin imzalandığını bəyan edib.
Trend xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad olunacaq, İsrail isə uzunmüddətli və daimi sülhə doğru ilk addım kimi qoşunlarını razılaşdırılmış xəttə çəkəcək”, – ABŞ lideri qeyd edib.