Bakı. Trend:
Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən silah anbarında güclü partlayış qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqlarını Müşahidə Qrupu yayıb. Hadisə Rif-Dəməşq əyalətində, Sabina dəyirmanı yaxınlığında baş verib.
Yerli sakinlərin sözlərinə görə, partlayış güclü səsə və əhali arasında təşvişə səbəb olub. Əraziyə təcili yardım maşınları cəlb edilib, lakin hazırda tələfat və dağıntıların miqyası barədə məlumat yoxdur.
Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.