...

Fransada Makronun reytinqi 14 faizə düşüb

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 02:07 (UTC +04:00)
Fransada Makronun reytinqi 14 faizə düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada siyasi böhran dərinləşdikcə, Prezident Emmanuel Makronun ictimai dəstəyi rekord həddə enib.

Trend xəbər verir ki, “Elabe” tədqiqat mərkəzinin “Les Echos” qəzeti üçün keçirdiyi sorğuya əsasən, Makronun reytinqi 14 faizə düşüb. Bu, son bir ayda üç faiz bənd azalma deməkdir.

Eyni zamanda, ifrat sağçı “Milli Ralli” partiyasının mövqeləri güclənməkdədir. “Toluna Harris Interactive” sorğusuna görə, fransızların 35 faizi 2027-ci il prezident seçkilərində bu partiyanın namizədinə səs verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 6-da Emmanuel Makron Baş nazir Sebastyan Lekörnünün istefasını qəbul edib. Prezidentin parlamentdə çoxluğu olmadığı üçün hökumət hazırda müxalifətin dəstəyinə ehtiyac duyur.

Xəbər lenti

Xəbər lenti