...

Donald Tramp Çikaqo meri və İllinoys qubernatorunun həbsi tələbini irəli sürüb

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 00:46 (UTC +04:00)
Donald Tramp Çikaqo meri və İllinoys qubernatorunun həbsi tələbini irəli sürüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çikaqo şəhərinin meri Brendon Consonun və İllinoys ştatının qubernatoru C.B. Pritskerinin həbs olunmasını tələb edib.

Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, Tramp bu addımı onların ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin əməkdaşlarını qeyri-qanuni miqrantlara qarşı aparılan kampaniya zamanı hücumlardan qoruya bilməmələri ilə əsaslandırıb.

O, sosial şəbəkə hesabında demokrat siyasətçiləri Çikaqoda immiqrasiya xidməti əməkdaşlarının təhlükəsizliyini təmin etməməkdə günahlandırıb.

Məlumata görə, Texas Milli Qvardiyasının yüzlərlə əsgəri İllinoys ştatında, Çikaqo yaxınlığındakı hərbi bazada toplaşıb. Bu, Pritsker, Conson və digər demokrat liderlərin etirazlarına baxmayaraq baş verib.

Tramp, həmçinin ABŞ-nin digər şəhərlərində də hərbi qüvvələrin yerləşdirilə biləcəyi ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti