...

Yaxın Şərqdə sülh çox yaxındır - Donald Tramp

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 02:26 (UTC +04:00)
Yaxın Şərqdə sülh çox yaxındır - Donald Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə sülhün əldə olunmasının yaxın olduğunu bildirib.

Trend xəbər verir ki, Tramp deyib ki, danışıqları aparan çox yaxşı bir komanda fəaliyyət göstərir.

“Mümkündür ki, həftənin sonunda, bəlkə də bazar günü Yaxın Şərqə səfər edim. Danışıqların çox yaxşı getməsi üçün əlverişli şans yaranıb”, – o qeyd edib.

Prezident əlavə edib ki, danışıqlara çox sayda dünya ölkəsi qoşulub və əvvəllər belə genişmiqyaslı iştirak müşahidə edilməyib.

Xəbər lenti

Xəbər lenti