Bakı. Trend:
Özbəkistanın qızıl-valyuta ehtiyatları 2025-ci ilin sentyabr ayında rekord səviyyəyə – 54,99 milyard dollara yüksəlib.
Trend xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının məlumatları göstərir.
Avqust ayı ilə müqayisədə ehtiyatlar 4,9 milyard dollar və ya 9,8% artıb. Ardıcıllıqla ikinci ay ölkənin ehtiyatları bütün zamanların rekordunu müəyyən edib; avqust ayında onlar ilk dəfə olaraq 50 milyard dollar həddini keçmişdi.
Artımda əsas rol qızılın qiymətinin qalxmasına aiddir: Mərkəzi Bankın anbarlarındakı qızılın dəyəri 4,17 milyard dollar artaraq ilk dəfə 44,22 milyard dolları ötüb. Eyni zamanda, ehtiyatların fiziki həcmi 11,8 milyondan 11,6 milyon troya unsiyaya qədər azalıb.
Valyuta ehtiyatları isə 735,7 milyon dollar artaraq 10,18 milyard dollara çatıb. Bunun 873,7 milyon dolları xarici mərkəzi banklar və Beynəlxalq Valyuta Fondu hesablarında, 8,28 milyard dolları isə xarici kommersiya banklarında saxlanılıb.