...

Slovakiyada yüzlərlə insan küçələrə çıxıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 03:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çərşənbə günü axşam saatlarında yüzlərlə insan Slovakiya İnformasiya Xidmətinin (SIS) rəhbəri Pavol Qaşparın istefasını tələb edərək Bratislava küçələrinə çıxıb.

Trend xəbər verir ki, buna səbəb avqust ayında Qaşparın iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsidir.

Etirazçılar “Fitso ilə kifayətdir” və “Qaşpar, istefa ver” şüarları səsləndiriblər. Aksiyanı müxalifətdəki SaS partiyasından olan deputat Mariya Kolikova təşkil edib və Qaşparı “xalqa, qanuna və konstitusiyaya xidmət etməyən hökumətin simvolu” adlandırıb.

Mitinqdə çıxış edən digər müxalif siyasətçi Alois Qlina bildirib ki, bu aksiya bir sıra etiraz tədbirlərinin yalnız başlanğıcıdır.

Xəbər lenti

Xəbər lenti