...

Misir Cibutini məğlub edərək DÇ-2026-ya vəsiqəsini təmin edib

İdman Materials 9 Oktyabr 2025 02:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misir milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 9-cu turunda Cibutini 3:0 hesabı ilə məğlub edib.

Trend xəbər verir ki, bu qələbə ilə Misir A qrupunda birinci yeri tutaraq dünya çempionatına vəsiqəni təmin edib.

Görüşün ilk qolunu səkkizinci dəqiqədə İbrahim Adel vurub. “Liverpul”un hücumçusu Məhəmməd Salah isə 14-cü və 84-cü dəqiqələrdə fərqlənərək hesabı 3:0-a çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Afrikadan Mərakeş və Tunis də 2026-cı il dünya çempionatına vəsiqə qazanmışdı.

2026-cı il dünya çempionatında 48 milli komanda iştirak edəcək. Komandalar dörd komandalı 12 qrupa bölünəcək, ilk iki yeri tutan komandalar birbaşa mərhələyə yüksələcək, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda isə pley-off mərhələsində iştirak edəcək. Bundan əlavə, turnirə yeni mərhələ – 1/16 final – əlavə olunacaq.

Xəbər lenti

Xəbər lenti