...

UEFA klub turnirlərinin yayım hüquqlarından 5 milyard avro gəlir gözləyir

İdman Materials 9 Oktyabr 2025 04:54 (UTC +04:00)
UEFA klub turnirlərinin yayım hüquqlarından 5 milyard avro gəlir gözləyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqası da daxil olmaqla, klub yarışlarında matçların yayım hüquqlarının satışından təxminən 5 milyard avro gəlir əldə etməyi planlaşdırır.

Trend-in "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, striminq nəhəngi “Netflix” tender prosesində iştirak etməkdə maraqlı olduğunu bildirib. Şirkət hər oyun günü Çempionlar Liqasının bir matçının yayımlanması hüququ üçün təklif təqdim etməyə hazırlaşır.

Mənbənin məlumatına görə, yayım qaydalarına ediləcək dəyişikliklər şirkətlərə eyni anda bir neçə ölkədə hüquqlar üçün müraciət etməyə imkan verəcək. Bu isə ənənəvi televiziya kanalları və onlayn platformalar arasında rəqabəti daha da gücləndirəcək.

Ekspertlər bildirirlər ki, “Netflix”in futbol yayım bazarına daxil olması idman kontentinin rəqəmsal müstəvidə inkişafında mühüm mərhələ olacaq və UEFA ilə qlobal striminq platformaları arasında əməkdaşlığın yeni dövrünü başlada bilər.

Xəbər lenti

Xəbər lenti