...

ABŞ Daxili Gəlir Xidməti işçilərinin yarısını məzuniyyətə göndərib

Dünya xəbərləri Materials 9 Oktyabr 2025 06:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Daxili Gəlir Xidməti (IRS) federal hökumətin qismən bağlanması ilə əlaqədar işçilərinin təxminən yarısını müvəqqəti məzuniyyətə göndərib.

Trend-in məlumatına görə, bu barədə xidmətin dərc etdiyi rəsmi sənəddə bildirilib.

Sənəddə qeyd olunur ki, 74,300 işçidən yalnız 39,900 nəfər (təxminən 53,6%) müəyyən dərəcədə fəaliyyətini davam etdirəcək, 34,400 nəfər isə müvəqqəti məzuniyyətə çıxarılıb.

Xatırladaq ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısından etibarən (Bakı vaxtı ilə saat 08:00) fəaliyyətini qismən dayandırıb.

Bu vəziyyət Konqresdə respublikaçılar və demokratlar arasında, o cümlədən səhiyyə xərcləri ilə bağlı büdcə maddələri üzrə razılıq əldə olunmaması nəticəsində yaranıb.

Xəbər lenti

Xəbər lenti