Bakı. Trend:
Özbəkistanda rəqəmsallaşmanın tətbiqi və süni intellektin inkişafı nəticəsində 1 noyabr tarixinədək 2 141 məmurun vəzifəsi ixtisar olunacaq.
Trend xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Şavkat Mirziyoyev imzalayıb.
Sənədə əsasən, Vergilər Komitəsində 498, Su Təsərrüfatı Nazirliyində 224, Kənd Təsərrüfatı Nazirliyində 200 ştat vahidi ixtisar ediləcək.
Bundan əlavə, Ədliyyə Nazirliyində 197, Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyində 176, Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyində isə 163 vəzifə ləğv ediləcək.