...

La Liqa: “Vilyarreal” – “Barselona” matçı ABŞ-də keçiriləcək

İdman Materials 9 Oktyabr 2025 08:01 (UTC +04:00)
La Liqa: “Vilyarreal” – “Barselona” matçı ABŞ-də keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

La Liqanın Prezidenti Xavyer Tebas La Liqanın 17-ci turunun Mayamidə keçiriləcək “Vilyarreal” – “Barselona” matçının tarixini təsdiqləyib.

Trend xəbər verir ki, qarşılaşma dekabrın 20-də baş tutacaq. UEFA daxili liqa oyunlarının müntəzəm olaraq xaricdə keçirilməsinə qarşı çıxsa da, bu matçın İspaniyadan kənarda keçirilməsinə icazə verilib.

Qeyd olunur ki, bu matç tarixi hadisə olacaq – ilk dəfə ABŞ-də rəsmi La Liqa matçı keçiriləcək.

Ekspertlər matçın azarkeşlər arasında güclü marağa səbəb olacağını və La Liqanın İspaniya futbolunu Şimali Amerika bazarında tanıtmaq strategiyasının bir hissəsini təşkil edəcəyini bildirirlər.

Xəbər lenti

Xəbər lenti