Bakı. Trend:
Bakı Şəhər DYP əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və polisin qanuni tələbinə tabe olmayan "Volksvagen" markalı, 90-CC-534 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Eyvaz Kərimov saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər DYP məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü E.Kərimov inzibati qaydada həbs edilib.