Bakı. Trend:
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,21 ABŞ dolları və ya 0,3 faiz artaraq bir barel üçün 70,08 ABŞ dolları təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbələr məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,2 dollar və ya 0,3 faiz bahalaşaraq 68,44 dollar olub.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,25 dollar və ya 2,3 faiz artaraq bir barel üçün 55,72 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,24 dollar və ya 1,8 faiz artaraq bir barel üçün 68,33 dollar təşkil edib.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.