...

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Hadisə Materials 9 Oktyabr 2025 10:21 (UTC +04:00)
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şamaxı rayonunun Mirikənd kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Ehtiyar Şirinov tərəfindən törədildiyi məlum olub.

"Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti