...

I Qarabağ müharibəsində itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilib - Sədr

Cəmiyyət Materials 9 Oktyabr 2025 10:18 (UTC +04:00)
I Qarabağ müharibəsində itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilib - Sədr
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sadalananlar fonunda aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmış, ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilmişlər.

Trend xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Əli Nağıyev əlavə edib ki, qazıntılarda aşkarlanmış meyit qalıqları ilə bağlıaparılmış ilkin təqdiqatlar və antropoloji müayinələr bu şəxslərin I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu sübutetmişdir.

“Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir”,- sədr vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti