...

Azərbaycanda ilk dəfə uşaq bağçalarında üztanıma cihazları quraşdırılıb

Cəmiyyət Materials 9 Oktyabr 2025 12:09 (UTC +04:00)
Azərbaycanda ilk dəfə uşaq bağçalarında üztanıma cihazları quraşdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"AzInTelecom" tərəfindən Bakı şəhərində yerləşən iki uşaq bağçasında yeni üztanıma məhsulu ("SİMA Access") pilot layihə kimi uğurla sınaqdan keçib və hazırda tətbiq olunma mərhələsindədir.

Bu sözləri Trend-ə açıqlamasında "AzInTelecom"un ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı Amin Nəzərli deyib.

O, sistemin işlənmə mexanizmindən bəhs edib: "Əvvəlcədən müəllim, şagirdlər bu məhsul üzrə üztanıma qeydiyyatından keçəcəklər. "SİMA Access"də əvvəlcədən üztanıma qeydiyyatından keçməyən şəxslər isə müəssisəyə buraxılmayacaqlar. Bu isə təhlükəsizlik baxımından xüsusi önəm kəsb edir".

A. Nəzərli vurğulayıb ki, bu məhsulun ölkədə geniş sferada təqdim edilməsi də istisna edilmir: "SİMA Access", təkcə tədris müəssisələrində deyil, eyni zamanda gələcəkdə yaşayış binalarının, iş müəssisələrinin girişində də quraşdırıla bilər. Əsas məqsəd təhlükəsizlik məqsədilə kənar şəxslərin müvafiq müəssisələrə girişinin qarşısını almaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti