...

Ödəniş təşkilatlarının dövriyyəsi 39 milyard manata yaxınlaşıb - Vüsal Xəlilov

İqtisadiyyat Materials 9 Oktyabr 2025 09:58 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il ərzində ödəniş sahəsi üzrə lisenziyalaşdırılmış təşkilatların dövriyyəsi 38,8 milyard manatı ötüb.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov "Baku Fintech Forum 2025" tədbirində bildirib.

"Azərbaycanda 18 elektron pul təşkilatı 8 ödəniş təşkilatı və 2 operator fəaliyyət göstərir. Bu il ərzində ödəniş sahəsi üzrə lisenziyalaşdırılmış təşkilatların dövriyyəsi 38,8 milyard manatı ötüb", - V. Xəlilov vurğulayıb.

"Aylıq kart dövriyyəsi bu ilin ortasına 10 milyarda çatıb. Bu, ölkənin nağdsız ödənişlərə keçidinin nümunəsidir. Ani ödənişlər sisteminin artımının şahidi oluruq. Son il ərzində 10% artım olub. Bundan başqa, QR ödənişlərinin ölkəmizdə standartlaşdırılması işləri aparılır", - deyə V. Xəlilov qeyd edib.

Xəbər lenti

Xəbər lenti