...

Murovdağda əsir və itkinlərlə bağlı axtarış-qazıntı işləri aparılıb - Komissiya sədri

Cəmiyyət Materials 9 Oktyabr 2025 10:22 (UTC +04:00)
Murovdağda əsir və itkinlərlə bağlı axtarış-qazıntı işləri aparılıb - Komissiya sədri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə Dövlət Komissiyası aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə üç dəfə ən çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirib.

Trend xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Əli Nağıyev bildirib ki, əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış-qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə, dron texnologiyası tətbiq edilməklə həyata keçirilmiş və müsbət nəticə əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti