Bakı. Trend:
İtkin düşmüş şəxslərin taleyi təcrid olunmuş məsələlər sırasına daxil deyil.
Trend xəbər verir ki, bunu Moldovanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiçi Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında bildirib.
O deyib ki, Vaşinqton bəyannaməsi illər boyu davam edən münaqişəyə son qoyub:
"Həmin sənədə əsasən tərəflər öz üzərlərinə humanitar öhdəlik götürüb. Bu, itkin düşmüş 4 mindən çox şəxsin taleyinə aydınlıq gətiriləcəyinə böyük ümid verir. Burada söhbət tək siyasətdən yox, həm də sızlayan yaraların sağalmasından gedir".