...

Hazırda 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb - Əli Nağıyev

Cəmiyyət Materials 9 Oktyabr 2025 10:12 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Trend xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Sədr qeyd edib ki, onlardan 3 min 984 nəfəri XX əsrin 90-cı illərində yəni, I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər:

“3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti