Bakı. Trend:
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun cari il oktyabrın 5-də ölüm faktı əsasında Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib.
Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Əli Ramin oğlu İbrahimlinin oktyabrın 5-i axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib. Müdafiə Nazirliyindən fakt təsdiqlənib. Mərhum oktyabrın 6-sı Şəmkirdə dəfn olunub.