...

Milli Məclis kritik informasiya infrastrukturunun qorunmasına dair anlayış və məsuliyyətləri müəyyənləşdirib - Aparat rəhbəri

Siyasət Materials 9 Oktyabr 2025 10:35 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət başçısının xüsusi vurğuladığı strateji xətt çərçivəsində etibarlı kibertəhlükəsizlik sistemi formalaşdırılır və milli məlumat infrastrukturunun mühafizəsi istiqamətində addımlar atılır.

Trend xəbər verir ki, bunu Milli Məclisin aparat rəhbəri Fərid Hacıyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Aparat rəhbərinin sözlərinə görə, tədbirin artıq ikinci dəfə keçirilməsi onu göstərir ki, Azərbaycan innovasiyalar sahəsində sürətlə inkişaf edir və rəqəmsal təhlükəsizlik məsələlərinə ciddi önəm verir. Tədbir çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılır, yeni texnoloji həllər təqdim olunur və rəqəmsal məkanın qorunması məsələləri müzakirə edilir.

F.Hacıyev bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyü və dövlət suverenliyini bərpa etdikdən sonra ölkəyə qarşı yeni tipli kibertəhdidlər artıb:

“Bunun qarşısını almaq məqsədilə Milli Məclis müvafiq qanunvericilik təşəbbüsləri ilə çıxış edib, informasiya təhlükəsizliyi ilə bağlı qanunlara dəyişikliklər edilərək kritik informasiya infrastrukturunun qorunmasına dair anlayışlar və məsuliyyətlər müəyyən olunub.

Eyni zamanda, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şəxslər üçün vergi güzəştləri tətbiq edilib, ölkədə innovasiyalara əsaslanan rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb”.

O qeyd edib ki, informasiya təhlükəsizliyi, innovasiya potensialı və beynəlxalq əməkdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın rəqəmsal müstəqilliyini möhkəmləndirəcək və ölkənin gələcək inkişafına töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti