...

Kibertəhlükəsizlik dayanıqlı inkişaf və rəqabətə davamlı iqtisadiyyatın əsas alətinə çevrilib - Nazir müavini

İqtisadiyyat Materials 9 Oktyabr 2025 11:03 (UTC +04:00)
Kibertəhlükəsizlik dayanıqlı inkişaf və rəqabətə davamlı iqtisadiyyatın əsas alətinə çevrilib - Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, bu eyni zamanda iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib.

Trend xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün 3 əsas komponent özünü hər zaman doğrultmaqdadır: tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı.

Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Milli Strategiyası”nda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı prioritet sahələr müəyyən edilib, milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunması, Milli Kiber Təlim Mərkəzlərinin və müvafiq laboratoriyaların yaradılması, sahə üzrə dövlət və özəl tərəfdaşlığının qurulması, kadr potensialının formalaşdırılması üzrə prioritetlər müəyyən edilib.

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkənin rəqəmsal transformasiyası, yeni intellektual məhsulların formalaşdırılması, böyük həcmli məlumatların idarə edilməsi, süni intellekt həllərinin yaradılması, startap ekosisteminin formalaşdırılması və bütün bunların iqtisadi inkişafa və rəqəmsal suverenliyə xidmət etməsi baxımındam xüsusilə əhəmiyyətlidir”.

E.Əliyev vurğulayıb ki, Nazirlik tərəfindən rəqəmsal bacarıqların gücləndirilməsi istiqamətində həyata keçirilən “Coursera National Academy” layihəsi bu baxımdan mühüm rol oynayır:

“İndiyədək platforma vasitəsilə 40 minə yaxın vətəndaş 187 mindən çox kursa qoşulub və onlardan 68 mindən çoxu uğurla tamamlanıb. Layihə çərçivəsində ümumilikdə 600-dən çox kibertəhlükəsizlik kursu mövcuddur. Ümumilikdə, 276 min saatdan artıq tədris materialı izlənilib ki, bu ölkədə rəqəmsal savadlılığın, texnoloji adaptasiyanın və mütəxəssis potensialının artdığını nümayiş etdirir. Bu tipli layihələr informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində insan kapitalının formalaşdırılmasına öz müsbət təsirini göstərməkdədir və bu tipli layihələrin genişləndirilməsi arzuolunandır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti