...

TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub

Mədəniyyət Materials 9 Oktyabr 2025 11:21 (UTC +04:00)
TÜRKSOY-la əməkdaşlıq məsələləri müzakirə olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 8-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yeyıb.

Bİldirilib ki, görüşdə oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə müəyyənləşdirilən yeni vəzifələr və qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəniyyət naziri Adil Kərimli çıxışında TÜRKSOY-la əməkdaşlığa xüsusi önəm verdiklərini, bu əməkdaşlığın ildən-ilə genişlənərək yeni məzmun qazandığını qeyd edib. Nazir türk dünyasının zəngin mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirilən ortaq layihələrin əhəmiyyətini vurğulayıb.
TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əlaqələrin möhkəmlənməsində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını çatdırıb.

Görüş zamanı TÜRKSOY-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yeni təyin olunan nümayəndəsi Vüqar Məmmədov baş katibə təqdim olunub. Qeyd olunub ki, o, yaxın günlərdə vəzifəsinin icrasına başlayacaq.

Tərəflər təşkilatın cari il üzrə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıb, birgə layihələrin icrasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti