Bakı. Trend:
Bu gün Azərbaycan Fintex Assosiasiyası ilə Türkiyə Fintex Assosiasiyası, həmçinin Beynəlxalq Konsaltinq Şirkəti arasında Anlaşma Memorandumlarının (MOU) imzalanma mərasimi keçirilib.
Trend xəbər verir ki, imzalanma mərasimi "Baku Fintech Forum 2025" tədbiri çərçivəsində baş tutub.
Sənədlər fintex sahəsində tərəfdaşlığın gücləndirilməsi, innovativ həllərin təşviqi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Anlaşma memorandumları həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə texnologiyalarının inkişafına töhfə verməyi hədəfləyir.