...

İtkinlərlə bağlı məlumat bazasının yaradılmasına ehtiyac var - İƏT rəsmisi

Cəmiyyət Materials 9 Oktyabr 2025 13:36 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xocavənd, Ağdam, Şuşa və digər şəhərlərdə aşkarlanan kütləvi məzarlıqlar bir çox ailənin qaranlıq xatirələrini ortaya çıxarıb.

Trend xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Haqları Komissiyasının Katibliyinin sədr müavini Mahi Həsən Əbdül-Lətif “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Komissiya rəsmisi qeyd edib ki, itkin şəxslərin taleyi haqda davam edən qeyri-müəyyənlik onların ailələrinə təmamilə sağalmağa imkan vermir.

“İtmiş insanların aşkarlanması ailələrinin beynəlxalq hüququdur. İtkinlərin məsələsi heçvaxt siyasiləşdirilməməlidir. Onların məsələsi şəffaflıqla araşdırılmalıdır”.

Mahi Həsən Əbdül-Lətif vurğulayıb ki, ən son elmi alətlərdən istifadə edərək bir məlumat bazası hazırlanmasına və itkinlərin şəxsliyyətlərin müəyyənləşməsinə ehtiyac var.

“Bu zaman onların ailələri bu prosedə aktivlilk göstərməlidirlər. Biz öz təcrüməzi ən yaxşı praktikanı Azərbaycanla paylaşmağa hazırıq”,- komissiya rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti