...

“Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 9 Oktyabr 2025 14:25 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elektron Təhlükəsizlik Xidmətində “Fərdi məlumatların mühafizəsi haqqında” yeni qanun layihəsi hazırlanıb.

Trend xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Kibercinayətkarlar üçün yeni oyun meydançası: "Ağıllı şəhərlər” adlı panel sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, qanun layihəsi hazırda baxılmaqdadır:

“Ümid edirik ki, yeni layihə müasir çağırışlara cavab verəcək və insanların, vətəndaşların hüquqlarının lazımı şəkildə qorunmasına yönələcək”.

Xəbər lenti

Xəbər lenti